Eliyevin sert beyanati turk mediasinda – Foto

21:04 – xeber – Türkiyənin "Taymtürk" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin 28 May Respublika günü münasibəti ilə "Buta" sarayında çıxışına yer verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini bildirib.

Əliyev 28 may 1918-ci ildə elan edilən respublikanın 98-ci ildönümü münasibətilə keçirilən Respublika günü ziyafətindəki çıxışında Azərbaycan xalqını təbrik edib, sülh, əmin-amanlıq və sabitlik arzulayıb.
 
Azərbaycanın İslam dünyasında ilk demokratik respublika olaraq qurulmasını tarixi hadisə kimi səciyyələndirən Əliyev respublikanın banilərinin xalqın qəlbində daim yaşayacağını vurğulayıb.
 
Ermənistana sərt mesaj
 
Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağ məsələsinə toxunan Əliyev problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin lazım olduğuna işarə edərək "Azərbaycan xalqı və dövləti heç vaxt ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək" – deyib.
 
Ordunun gücləndirilməsi, iqtisadi islahatlar və Cənub Qaz Dəhlizindən danışan Əliyev, "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Öz taleyimizin sahibi, müstəqil ölkə, azad xalqıq. Dünya miqyasında öz yerimiz var və müstəqillik, inkişaf yolu ilə getməyə davam edəcəyik", – deyə bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org