Eliabad kendine ilk defe qaz verildi

18:55 – xeber – Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyunun 16-da Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib.
 
Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
 
Qeyd olunub ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri, sosial layihələr həyata keçirilir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfaltlaşdırma işləri sürətlə davam etdirilir, Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi yenidən qurulur. Həmçinin rayonda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, yaşayış məntəqələri qazlaşdırılır.
 
Kənd sakinləri onların yaşayış səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org