Eli Hesenov: "Aprelde savas davam etseydi…" – Video

– xeber – Vyana danışıqlarında proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə başqalarının iradəsini araşdırmaqla məşğul idi.

 

Bunu ANS-in "Hesabat" verilişində Mir Şahinə müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Onun sözlərinə görə, Vyana görüşündə Ermənistan münaqişənin həllinin onların iradəsindən aslı olmadığını bir daha sübüt etdi. Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin bundan sonra daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacağına inandığını bildirib.

 

Aprel döyüşlərinə də toxunan preizdentin köməkçisi aprelin 4-də müharibə dayandırılmasaydı, Azərbaycanın işğal edilmiş ərazilərini qısa müddətə – 15-20 günə, bəlkə də 1 aya tam azad edə biləcəyini və buna qadir olduğunu önə çəkib. O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

 

“BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", – deyə Əli Həsənov bildirib.

 

Daha sonra ölkədə baş verən devalvasiyadan sonrakı iqtisadi vəziyyət haqqında danışan Əli Həsənov devalvasiyanın yaşandığı istənilən ölkədə yükün bir qisminin vətəndaşların üzərinə düşməsinin qaçılmaz olduğunu bildirib.

 

“Dövlət nə qədər öz çiyinlərini bu proseslərdən gələn problemlərin altına verməyə çalışsa da, istər-istəməz valyuta kursunun oynaması prosesləri əhalinin də gəlirlərinə təsirsiz ötüşmür. Devalvasiyadan sonra yaşanan ən böyük problem isə əhalinin banklara olan kredit borcudur. Bu məsələ ətrafında uzun müddətdir müzakirələr gedir. Düşünürük ki, bu da zaman-zaman aradan qalxacaq. Burada bank sektoru da həddən artıq ciddi gərginlik qarşısında fəaliyyət göstərməyə məcbur olur. Əhali də götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir. Azərbaycan dövləti tədricən bu problemləri aradan qaldıracaq. Bunlarla bağlı işlər gedir”, – deyə Əli Həsənov ölkədəki iqtisadi vəziyyəti şərh edərkən söyləyib.

 

Əli Həsənov ölkənin son gündəmi olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasına dair açıqlama verib. O, Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsinin Azərbaycanın siyasətinə adiyyəti olmadığını vurğulayıb.

 

Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib: "Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları böyük humanistlik nümayiş etdirərək əhv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz”.

 

 

 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org