Eli Ehmedovdan Siyavus Novruzova – Cavab

13:40 – xeber – Baş nazirinin müavini Əli Əhmədov fevralın 23-də keçirilən Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən iclasda iştirak etməyən bir sıra hökumət üzvlərinin tənqid edilməsinə münasibət bildirib.
 
Publika.az-ın məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında tənqidə normal yanaşdığını deyib: “Milli Məclisin və deputatların əsas vəzifələrindən biri də odur ki, hökuməti tənqid etsinlər. Parlament elə bunun üçündür. Yəqin siz də xatırlayırsınız. Vaxtilə mən deputat olan zaman hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid etmişdim. Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, Milli Məclisin fevralın 23-də keçirilən iclasında Azərbaycanın Dövlət Büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş Dövlət Büdcəsinə dəyişikliklərin edilməsindən gedir. Bunlar fərqli-fərqli anlayışlardır”.
 
Baş nazirin müavini qeyd edib ki, 2016-cı ilin Dövlət Büdcəsi parlamentin ötən ilin oktyabr ayında keçirilən iclasında müzakirə olunaraq təsdiq edilib: “Həmin iclasda da Azərbaycanın Baş naziri başda olmaqla, bütün hökumət üzvləri iştirak ediblər. Həmin iclas zamanı kimlərin sualları var idisə, onu hökumət üzvlərinə verib. Ancaq fevralın 23-də keçirilən Milli Məclisin iclasında isə qəbul olunmuş büdcəyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Dünya və Azərbaycan parlamentinin təcrübəsində də büdcəyə edilən dəyişikliklər zamanı bütün hökumət üzvlərinin həmin iclasda mütləq iştirak etməsi tələbi yoxdur. İndiyədək Azərbaycanda dövlət büdcəsinə bir neçə dəfə dəyişiklik edilərək təkmilləşdirmələr aparılıb. Həmin dəyişikliklər zamanı keçirilən parlament iclaslarında heç də hökumətin bütün üzvləri iştirak etməyib.
Digər tərəfdən isə büdcənin hazırlanması Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələdir. Təbiidir ki, büdcəyə dəyişikliklərlə əlaqədar kimin nə sualı varsa, ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir. Milli Məclisin son plenar iclasında da maliyyə naziri iştirak edirdi. Əgər büdcə ilə bağlı kimin nə sualı var idisə, o zaman həmin sualları ən səhih cavablandıracaq hökumət üzvü maliyyə naziridir”.
 
Ə.Əhmədov deyib ki, əgər Milli Məclisdə müzakirələr zamanı hər hansı hökumət üzvünün orada iştirakı məqsədə uyğundursa, o zaman Milli Məclis rəhbərliyi lazım olan hökumət üzvlərini iclasa dəvət etməlidir:
 
“Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur. Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur. Hökumətin parlamentdə tam tərkibdə iştirakı üçün gərək yerlər hazırlansın. Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü? Əlbəttə ki, xeyr. Həmin yerlər əvvəl kimlər üçün nəzərdə tutulurdusa, yenə də onlar əyləşmişdilər. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Əgər bizə dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Ona görə də qeyd edim ki, tənqid yaxşı şeydir, ancaq yerində”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org