Elekberovun muavininin oglu azadliqda – Video

19:22 – xeber – Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu azadlığa buraxılıb.
 
ANS PRESS-in məlumatıa görə, xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin o, azadlığa çıxsa belə, hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.
 
Ruslan Şamsuarov ilə yanaşı  "Mercedes Gelandewagen"in sürcüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.
 
Mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.
 
Hadisə barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra yayılıb. İlk həbs olunan isə 22 yaşlı Abduvaxob Məcidov olub. Daha sonra Moskva polisi "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi "Mercedes Gelandewagen"i idarə edən Məcidova 15 gün, Maraya isə 10 sutka həbs cəzası verib.
 
Moskvanın Qaqarin məhkəməsində Ruslan Şamsuarov barəsində açılan cinayət işinə isə xitam verilib.
 
Vəkil onun barəsində cinayət işinin bağlanmasına səbəb kimi müttəhimin astma xəstəliyindən əziyyət çəkməsini göstərib. Şamsuarov məhkəmə zamanı hakimin heç bir ittihamını qəbul etməyib.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org