Eldar Sabiroglunun oglu: “Gelmeyeceyem, meni gozlemeyin…”

5 Yanvar 2016 23:31 – xeber –
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarından çıxarılan oğlu Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb.
Olkem.az anspress-ə istinadən bildirir ki, bu barədə Səfərov Facebook səhifəsində məlumat verib.
"Deməsinə görə, icraatımda olan bir neçə material və cinayət işində qanunazidd hallar müəyyən edilib. Odur ki, izahat vermək zərurəti yaranıb. Hazırda həmin müəllim mənim zəngimi gözləyir. Zaur müəllim və digər məsul vəzifəli şəxslərdən soruşuram, rayon prokurorluğunda kompleks yoxlama aparılarkən məni dinləməmiş, izahatımı almamış xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, sonra məndən izahat tələb edirsiz? Hansı statusda? Mən ki, prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, bir daha Cinayət Prosessual Məcəlləsinə nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunmuşsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və əlavə araşdırmanın aparılması məqsədilə müvafiq qaydada göndərim. Zaur müəllim, zəhmət çəkib məni gözləməyin" – deyə keçmiş müstəntiq bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
Bildirilir ki, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org