Elarizden Manafa cavab: "Savadsizliqdan, muasir olmamaqdan ireli gelir" (FOTO)

2 Fevral 2016 18:11 – xeber –
Müğənni Elariz Məmmədoğlu Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
"Oğluma sosial şəbəkələrdə şəkillərini paylaşan qız almaram" deyən Manaf Ağayevə həmkarı Elariz Məmmədoğludan cavab gəldi.
Elariz Məmmədoğlu bunları söyləyib: "Mən səmimi danışdığıma görə, bəzilərinin xətrinə dəyə bilərəm. Bəzən savadsızlıqdan, bilməyərəkdən, müasir olmadıqlarına görə müəyyən şeyləri ayıb sayırlar. Birincisi, "Feysbuk", "Vatsap" – bunlar müasir günün tələbləridir. Hansısa qızın "Feysbuk"da səhifəsi varsa, bu, tərbiyəsizlik demək deyil. Həmin qız orada öz qohum-əqrabası ilə dostlaşır, yazışırsa, bunda yenə də tərbiyəsizlik yoxdur. Yox, qız kimə gəldi dostluq göndərir, onunla-bununla yazışırsa, hər cür şəkillərini paylaşırsa, onda mən Manafla razılaşaram. Mən müasirəm, bu işləri bilirəm, görürəm ki, burada heç bir tərbiyəsizlik yoxdur".
İfaçı maraqlı fikirlərini də bölüşüb: "Mən həyatda bir şeyi bilirəm. Kişi səhv edə bilər, bağışlanar, qadın səhv edə bilməz. Bizim Azərbaycan qadınlarının əksəriyyəti də səhv etmirlər. Çünki qadınlarımızı uşaq vaxtı tərbiyə verəndə onu öyrədirlər ki, insan üçün birinci namusdur".
Tanınmış sənətçi oğlu üçün necə gəlin istədiyini də açıqlayıb: "Müasir olsun, müsəlman olsun, namuslu olsun".
Müğənni özündənrazı sənətçilər haqda danışıb: "Bir dəfə Bulvarda gəzirdim, bir qız yaxınlaşıb dedi ki, Elariz müəllim, niyə təksiniz? Yəni, demək istədi ki, mütləq müğənnilərin yanında cangüdənlər olmalıdır, prodüser olmalıdır. Elə bil ki, sən sadə görünəndə, gözdən düşürsən. Bəzən müğənni məcburən özünü dartmalı, yuxarıdan aparmalı olur, çünki fanatlar belə istəyirlər".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org