Eks-nazir butun ekspertlere ve MM-e qarsi:


[r32]
– xeber –
Valyutadəyişmə məntəqələrinin bağlanmasının hər zaman tərəfdarı olmuşam və bu məntəqələrə bir növ qara bazarın münbit platforması kimi baxmışam.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağyol.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. O bildirib ki, hazırda bu yöndə təşəbbüsü dəstəkləmir:
“Əksinə, hesab edirəm ki, manatın üzən məzənnəyə keçdiyi və valyuta alqı-satqısı zamanı marjanın ləğv olunduğu indiki dönəmdə valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına heç ehtiyac yoxdur. Baxın, artıq bir neçə müddətdir ki, valyuta məntəqələri fəaliyyət göstərmir və banklar praktik olaraq həmin vəzifəni uğurla icra edirlər”.
Qeyd edək ki, Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq. başqa sözlə, yaxınzamanlarda valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək.
2016-cı ildə dolların satış və alış kursundakı manipulyasiyalara görə valyutadəyişmə məntəqələri qapadılmışdı. Hazırda Milli Məclisin bu qərarı İslam Oyunları ərəfəsində böyük turist axını gözləyən Azərbaycan üçün doğru qərar hesab edilir. Ölkəmizin bütün ekspertləri bu qərarı dəstəklədiklərini açıqlayıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org