Ekizlerden biri 2015, digeri 2016-ci ilde doguldu (FOTO)

4 Yanvar 2016 14:02 – xeber –
ABŞ-da əkiz körpələr müxtəlif illərdə doğulubular. Olkem.az anspress-ə istinadən bidirir ki, belə maraqlı hal Yeni il gecəsi qeydə alınıb. 
Kaliforniyada hamilə qadın bayram günü doğuş üçün xəstəxanaya gətirilib. O, San Diyeqo xəstəxanasında əkiz körpələrini dünyaya gətirib. Körpələrdən biri oğlan, digəri isə qız olub. 
Helin adlandırılan qız 31 dekabr 2015-ci ildə saat 23:59-da doğulub. Qardaşı Luis isə ondan 3 dəqiqə sonra dünyaya gözlərini açıb. Bu isə 2016-cı il, saat 00:02-yə təsadüf edib. Bununla da onlardan biri ilin son, digəri isə ilk körpəsi adını qazanıb. 
3 dəqiqə fərqlə fərqli illərdə doğulan körpələrin fotoları bütün dünyada yayılıb. Qısa müddət ərzində körpələrin fotosunu minlərlə insan bəyənib və paylaşıb. 
Onlardan birinin çəkisi 2, digəri isə 2,5 kq olub. Əkizlərin İzabella adında bir bacıları da var. Uşaqların valideynləri körpələrin ad günlərinin eyni gündə qeyd ediləcəyini deyib. 
Doğuşa yardım edən 34 illik tibb bacısı da belə bir hadisə ilə ilk dəfə üzləşdiyini deyib. Hazırda ana və körpələrin vəziyyəti stabildir. 
Maraqlısı odur ki, bu, bayram günü baş verən ilk belə hadisə olmayıb. Kaliforniyanın Venture şəhərində də əkizlər bir dəqiqə fərqlə fərqli illərdə dünyaya gəliblər. Körpələr vaxtından bir ay öncə doğulublar. 
Azərbaycanın paytaxtı Bakının 2016-cı ildə ilk uşağı paytaxtın Nizami rayonu 7 saylı doğum evində dünyaya gəlib. 
Anspress-in məlumatına görə, 1988-ci il təvəllüdlü Səidə Qəmbərova qız uşağı dünyaya gətirib. O, Qəmbərovlar ailəsinin ikinci övladıdır. 
Gecə saat 01-15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org