14:30 – xeber – ATV-də yayımlanan “Xeyirə qarşı” verilişində azyaşlı qız vətənpərvərlik mahnısı oxuyub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 5 yaşlı Nuray Rəhman “İgid əsgər, möhkəm dayan!” mahnısını yeni üslubda səsləndirib. Onun ifası sosial şəbəkədə böyük maraq doğurub.
Qeyd edək ki, Nuray skripkaçı Əkbər Rəhmanın qızıdır. 2015-ci ildə “Bala Türkvizyon -2015” uşaq müsabiqəsində iştirak edən Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli dueti birincilik qazanıb.