Ecnebi is adami Hafiz Memmedovun klubunu isteyir

7 Yanvar 2016 17:16 – xeber –
Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubuna yeni müştəri çıxıb. Report-un "France 3"ə istinadən verdiyi məlumata görə, bu, "Century 21 Benelux" elit daşınmaz əmlak şirkətinin baş direktoru Qreqori Makedir.
Belçikalı biznesmen "Lans"ın 2,5 milyon avro borcunu ödəməyə hazırdır. O, həmçinin ilk mövsümündə kluba 15 milyon avro sərmayə qoyacağına söz verib. Q.Make müqavilə ilə bağlı məsələləri yekunlaşdırmaqdan ötrü şəxsən H.Məmmədovla görüşmək niyyətindədir. Görüş gələn həftə baş tuta bilər.
Yeni müştərinin fikrincə, klubun hazırkı sahibi müzakirədə maraqlı olacaq və buna müsbət yanaşacaq. Lakin Fransa və Azərbaycan arasındakı məsafə müzakirələrin daha tez yekunlaşmasına mane ola bilər.
Qeyd edək ki, Hafiz Məmmədov Fransanın "Lans" klubuna 2013-cü il iyulun 4-də sahib olub. Klub növbəti il Fransanın yüksək liqasına vəsiqə qazansa da, maliyyə sıxıntısı üzündən yenidən aşağı diviziona yuvarlanıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org