Ebru Gundesden bosanma xeberine reaksiya

14:55 – xeber – Türkiyəli müğənni Əbru Gündəş hazırda həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabdan ayrılması xəbərinə reaksiya verib. 
 
Musavat.com xəbər verir ki, Ə.Gündəş ərinin mediaya yolladığı yazılı müraciətə və orada yazılanlara cəmi bir cümləlik reaksiya verib: “Rza bəy lazım olanı deyib, qərarım doğrudur”. 
 
Ə.Gündəş uzun müddətdir ki, həyat yoldaşı ilə boşanmaq istəyib. Amma qarşı tərəfin buna etiraz etməsi nəticəsində proses daim təxirə salınıb. Cütlüyün vəkili Şeyda Yıldırımın bu ilin martında təkzib etdiyi boşanma iddiası dünən hər iki tərəfin təsdiqi ilə mediada yayımlanıb. 
 
Hazırda ABŞ-da məhbus həyatı yaşayan R.Zərrab vəkili Volqa Gökçə tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbi ilk olaraq 13 iyul tarixində R.Zərraba çatdırılıb. Son günlər isə Ə.Gündəş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb. 
 
Rza Zərrab bəyanatında bunları bildirir: “13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda, prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq, arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org