Ebru Gundes ve Rza Zerrabin mehkemesi oldu

27 Aprel 2017 15:47 – xeber –
Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər.
Olkem.az axşam.az-a istinadən bildirir ki, hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.
Məhkəmədə villanın keçmiş sahibi danışaraq oranı ilk aldığında xaraba vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib. Lakin təmirlər bitməmiş səhhətindəki problemlərinə görə mülkü R.Zərrabdan əvvəlki sahibinə satıb:
"Məndən sonra aparılan təmir işlərini və dəyişiklikləri bilmirəm. Daha sonra mətbuatdakı fotolarda gördüm ki, dəyişiklik edilib. Villalardan biri yüksəldilmişdi".
Rza Zərrabın ifadəsinin alınması üçün proses təxirə salınıb.

Daha sonra Ebru Gündeşin məhkəməsi olub. İttihamnamədə villaların tarixi binaların qorunmasına zidd şəkildə təmir etdirildiyi, villalar arasında lift tikildiyi, binaların icazəsiz birləşdirildiyi, pəncərələrin dəyişdirildiyi, balkonun bağlanılaraq içəriyə daxil edilməsi, binanın özünəməxsus memarlığının məhv edildiyi bildirilib.
Məhkəmə son qərar üçün təxirə salınsa da, bütün edilən dəyişikliklərin sökülməsi qərarı çıxarılıb.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org