EBRD-nin numayende heyeti Bakiya gelir

10:16 – xeber – Martın 1-2-də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xəzinədarlıq Departamentinin əməkdaşları Azərbaycanda səfərdə olacaq.
 
Report-un məlumatına görə, nümayəndə heyətinin tərkibinə EBRD-nin Xəzinədarlıq Departamentinin icraçı direktoru Aksel van Nedervin (Axel van Nederveen), Bankın portfel layihələri üzrə baş meneceri Aude Pakatte (Aude Pacatte), yerli valyuta və kapital bazarlarının inkişafı üzrə direktorunun birinci köməkçisi Metyu Sal (Matthew Saal) və  fondlaşma üzrə menecer Əziz Jurayev (Aziz Juraev) daxil olacaq.
 
Səfər müddətində qonaqlar Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə görüşəcəklər.

Missiya həmçinin Dünya Bankı (WB) və Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəlikləri ilə də görüşlər keçirəcək.

Açıqlamada deyilir ki, səfərin əsas məqsədi pul bazarının inkişafı və milli valyutada istiqrazların emissiyasının perspektivlərini müzakirə etməkdir.

Qeyd edək ki, fevralın 23-25-də EBRD-nin maliyyə institutları üzrə regional direktoru Mayk Teylor (Mike Taylor) Azərbaycanda səfərdə olub. Səfər zamanı o, AMB-nin sədri E.Rüstəmov, Qiymətli Kağızlar üzər Dövlət Komitəsinin sədri R.Aslanlı, həmçinin tərəfdaş bankların nümayəndələri ilə görüşüb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org