"E-hokumet"de en cox muraciet olunan saheler

– xeber – May ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələrin statistik göstəriciləri açıqlanıb.

 

Bu barədə Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

 

Sıralama belədir:

 

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 691 299

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 607 587

3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 461 296

4. Dövlət Gömrük Komitəsi – 48 821

5. Elektron Arayışlar – 14 167

 

Qəbul imtahanlarına start verildiyi bir vaxtda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin xidmətləri müraciət sayına görə liderdir və təkcə may ayı ərzində qurumun təqdim etdiyi "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu" elektron xidmətinə 337 405 dəfə müraciət olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlər sosial yönümlü xidmətlər olduğu üçün vətəndaşlar arasında aktualdır. Qeyd edək ki, may ayı ərzində "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi"elektron xidmətinə 220 665 dəfə müraciət olunub.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən olan "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətinə may ayı ərzində 231 576 dəfə müraciət edilib. Bu xidmət vasitəsilə vətəndaşlar zəng edəcəkləri nömrənin başqa bir mobil operator şəbəkəsinə daşınıb-daşınmaması barədə məlumat əldə edə bilirlər.

 

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu" elektron xidmətinə isə 36 824 dəfə müraciət olunub.

 

Artıq 2 ildir portal üzərindən təqdim edilən elektron arayışlar fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək quruma ötürməyə icazə verir. Qeyd edək ki, təkcə may ayında "Elektron hökumət" portalının təqdim etdiyi elektron arayışlara 14 167 dəfə müraciət olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org