DYP-den suruculere – Xeberdarliq

10:01 – xeber – Bakıda müşahidə edilən qatı duman sürücülərin işini çətinləşdirib. Səhər saatlarından müşahidə edilən duman yollarda görmə məsafəsini məhdudlaşdırıb.
 
Hava şəraiti ilə bağlı olaraq Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovik Vaqif Əsədov ANS-ə açıqlamasında sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalarından istifadə etməyi məsləhət görüb. 
 
"Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddini minumuma endirilməlidirlər".
 
Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır. 
 
Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar.  "Ümumiyyətlə sürücülər şəxsi avromobillərindən istifadə etməmək məsləhətdir". 
 
V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 yanvar ərazisi, Yasamal rayonu,  həmçinin Günəşli və Əhmədli qəsəbələridir. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org