Dusmen bizim bu “qehremanlari” qizisdirir – Millet vekili


[r32]
– xeber –
Müharibə hələ bitməyib, ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildidib ki, çox təəəssüf ki, vaxtaşırı ordu mövzusu ilə gündəmdə qalmaq istəyənlər tapılır:
“Ya ordu ilə bağlı bir fərziyyə irəli sürürlər, ya da ordu barədə danışmaq haqlarının olduğunu iddia edirlər. Ancaq ordunun qapalı müəssisə olduğunu, öz spesifik qanunları ilə yaşadığını unudurlar. Unutmasalar da, xüsusi olaraq o barədə dəqiqləşdirməmiş fikir irəli sürərək gündəmin qəhrəmanına çevrilməyə çalışırlar".
Millət vəkili vurğulayıb ki, ordu haqqında ancaq rəsmi materialların yayılması norması ilə razılaşmalıyıq:
“Çünki düşmən yatmır, bizdən çox uzaqda kompüter arxasında oturaraq belə "qəhrəmanları" qızışdırırlar, ordu barəsində açıq söhbətlərin getməsinə çalışırlar. Bütün fikirləri diqqətlə oxuyurlar, onlara bu söhbətlərdə ehtiyatsız deyilmiş bir məlumat lazımdır ki, gələcək planlarını onun üzərində qursunlar”.
Millət vəkilinin sözlərinə görə, tarix boyu qələbələri həmişə ordunu sevməklə qazanıblar.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org