01:19 – xeber – Əlcəzair Afrikanın ən böyük – 120 min nəfərlik məscidinin inşasını davam etdirir.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, 2012-ci ildə paytaxt Əlcəzairdə inşasına başlanılan və bu günədək 1,2 milyard avro xərclənən məscidin minarəsi 265 metr yüksəkliyində olacaq. Bununla da məscidin minarəsi dünyanın ən hündür minarəsi ünvanını alacaq.
Məscidin kitabxanasına 1 milyon kitab yerləşəcək.
Böyük qismi inşa edilən məscidin 2017-ci ilin sonlarında açılması planlaşdırılır.