Dunyani idare edenlerin gizli toplantisi basladi

10:22 – xeber – Dünəndən etibarən Drezden şəhərində dünyanın ən müəmmalı təşkilatlarından biri olan Bilderberq klubunun görüşü başlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Bilderberq klubunun rəsmi saytında yer alıb. Bu il konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Bu il klubun görüşünə daha çox ABŞ-dan nümayəndələr çağırılıb. Bundan başqa, tədbirdə Almaniyanı Maliyyə naziri Volfanq Şoyble, Müdafiə naziri Ursula fon der Lyayen və Daxili İşlər naziri Tomas de Mezyer təmsil edir. Üstəlik, Almaniyanın “Doyçe Bank” və “Siemens” şirkətlərinin rəhbərləri də tədbirə qatılacaq. Görüşə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək. Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank Valter Ştaynmayer və İqtisadiyyat naziri Ziqmar Qabriel imtina edib. Bu il görüşdə Rusiyanı heç kim təmsil etməyəcək.
 
Klubun bu ilki əsas müzakirə mövzuları Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlik olacaq.
 
Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun görüşü keçən il Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Bununla belə, klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın “300-lər komitəsi” adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org