Dunyada ilk ipek kitab "Qurani-Kerim"in teqdimati oldu


[r32]
– xeber –
Dekabrın 15-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər – 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani -Kərim"in təqdimatı olub.
Kult.az xəbər verir ki, üç il müddətində hazırlanan "Qurani – Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.
Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 santımetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, Tünzalə Məmmədzadə ölkədə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanımaqla yanaşı, gənc rəssamlara da öyrədib.
Sərgidə həmçinin gənc rəssamlar Elmar Məmmədzadə və Türkan Məmmədzadənin şəffaf ipək üzərində işlənmiş rəsm əsəri və təkəlduz tabloları təqdim olunub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org