Dunya silah bazarinin hecmi rekord hedde qalxdi

10:59 – xeber – 2015-ci ildə dünya silah bazarının həcmi 65 milyard dollara qədər qalxıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu statistika İHS Qlobal Defens Treyd Report təşkilatının hesabatında yer alıb. 2015-ci ildə əldə olunan rəqəm 2014-cü ilə nisbətdə 10% çoxdur. Üstəlik, bu göstərici son 10 ilin ən böyük artımı hesab edilir. Hesabata əsasən, silah bazarında kəskin artım Səudiyyə Ərəbistanının silah alışını qəfil çoxaltması ilə əlaqədardır. Ər-Riyad keçən il silah idxalını 9,3 milyard dollara qədər artırıb. Səudiyyə Ərəbistanının silaha tələbatının artması özünün regional rəqibi olan İrana qarşı Yəməndə mübarizə aparmasına səbəb olub. Silah idxalının həcminə görə, dünyada ikinci yerdə Hindistan qərarlaşıb. Bundan sonrakı yeri Avstraliya tutub. Dördüncü yerdə isə 2,3 milyard dollar xərcləməklə Misir yer alıb.
 
İHS təşkilatının proqnozuna görə, yaxın üç il ərzində neft ixracatçıları olan ölkələr silah alışını azaldacaqlar. Bu ölkələr əməliyyatlara daha çox pul xərcləyərək, regiondakı hadisələrə təsir etməyə çalışacaqlar. Üstəlik, dünyanın iki nömrəli silah ixracatçısı olan Rusiyanın İranla ticarətinin artacağı gözlənilir. Tehran Qərb sanksiyalarının zəifləməsindən sonra öz hərbi hava qüvvələrinin bərpasına başlayıb. Bu isə böyük bir addım olduğuna görə 40-60 milyard dollar pulun xərclənməsinə səbəb ola bilər.
 
Hesabata əsasən, 2015-ci ildə də dünyanın 1 nömrəli silah ixracatçısı ABŞ olub. ABŞ bu il 23 milyard dollar silah ixrac edib ki, bunun 8,8 milyardı Yaxın Şərqin payına düşür. Maraqlı məqam odur ki, gəlirin böyük bir hissəsi təyyarə satışından əldə edilib. Bu da yeni beşinci nəsil təyyarələr olan F-35-lərə marağın artması ilə əlaqədardır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org