Dunya kubokunda dord atletimiz finalda

19:55 – xeber – Fevralın 19-da Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışları başlayıb.
 
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.
 
Dünya kuboku yarışlarının ilk günündə kişilər və qadınlar 5 alət üzrə çıxış ediblər.
 
Kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk 14.950 xalla 20 idmançı arasında ikinci olub və finala yüksəlib. Bu növdə israilli Artyom Dolqopyat birinci pillədə qərarlaşıb. Digər idmançımız “Bakı-2015” ilk Avropa Oyunlarının beş medalını qazanan Oleq Stepko halqalar üzrə yarışlarda 14.650 xalla üçüncü yeri tutaraq həlledici mərhələyə adlayıb. Türkiyəli İbrahim Çolak və Yaponiya gimnastı Tomomasa Hasegava bu növdə ilk iki pillədə yer alıblar.
 
Gimnastika atı yarışlarında Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər. Yaponiyalı Tomomasa Hasegava birinci yeri tutub. Belçika təmsilçisi Maksim Gentges ikinci, norveçli Stian Skjerahaug üçüncü olublar.
 
Qadınların dayaqla tullanma yarışlarında gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib. Atletimiz 13.150 xalla səkkizinci olub. İlk üçlükdə özbəkistanlı Oskana Çusovitina, Sloveniya gimnastı Tjasa Kisselef və braziliyalı Daniele Matias qərarlaşıb.
 
Müxtəlif hündürlüklü qollarda mübarizə aparan milli komandamızın üzvü Yuliya İnşina 12.300 xalla altıncı nəticə göstərərək qızıl medal uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. Bu növdə almaniyalı Lina Filip bütün rəqiblərindən üstün olub. Braziliya təmsilçiləri Flavia Lopes və Daniele Matias müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar.
 
Yarışların ilk iki günündə kişi və qadın gimnastları arasında təsnifat, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.
 
Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org