Dunya ermeni yalanlarina inanmadi – Fakt

16:54 – xeber – Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu aprelin əvvəlindəki cəbhədəki gərginliklə bağlı dünya mətbuatında apardığı monitorinqin nəticələrini açıqlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, aprel hadisələri zamanı erməni yalanlarının əsas hərəkətverici qüvvəsi hazırkı mafioz Serj Sərkisyan rejimi və Amerikada yerləşən Amerika Erməni Milli Komitəsi (ANCA) olub.
 
Siyasi, iqtisadi və mənəvi dəstəkçimiz olan qardaş Türkiyə mətbuatı Azərbaycan həqiqətlərini obyektiv formada dünyaya nümayiş etdirib. Türkiyənin nüfuzlu NTV xəbər kanalı Azərbaycanın işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən reportaj hazırlayıb.
 
Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiyanın mətbuatı sözün həqiqi mənasında erməni təbliğatçısı olub. Hadisələr vaxtı ermənipərəst “Dojd” telekanalı diqqəti əsas məsələdən yayındırmaq üçün süni və şişirdilmiş materiallarla anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirib. “İnterfaks” və “Lenta.ru” hadisənin mahiyyətini təhrif edərək həqiqətdən kənar məlumatlar yayıb. “Vedomosti və Arqumentı i Faktı” nəşri hadisələri obyektiv qiymətləndirib.
 
Britaniyanın BBC kanalı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırıb. “İndependent” qəzeti Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu qeyd edib.
 
ABŞ-ın “Vaşinqton Tayms” və “Nyu York Tayms” qəzetləri Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim edib. “Vaşinqton Tayms”da Ermənistanın Metsamor AES-dəki təhlükəli cəhdlərindən bəhs olunub. Nüfuzlu “Əl Cəzirə” kanalı Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumlarından reportaj hazırlayıb. İsrailin “Haaretz” qəzeti Azərbaycan və İsrail müttəfiqliyindən bəhs edən yazılar yayımlayıb.
 
Aparılan monitorinq göstərib ki, Azərbaycanın haqlı mövqeyini dünya mediası birmənalı qəbul edir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org