Dubayda 99 faiz Azerbaycan vetendasi ses verib

21:50 – xeber – Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri Pəzviz İsmayılzadə referendum üzrə ümumxalq səsverməsinin başa çatdığını bildirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Dubay və Şimal əmirliklərində yaşayan vətəndaşlarımız Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində böyük ruh yüksəkliyi ilə iştirak ediblər. İlk saatlardan baş konsulluğun əməkdaşları ailə üzvləri ilə birlikdə və digər vətəndaşlarımız referendumda iştirak ediblər. Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Dubaydakı baş konsulluqda yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. Komissiya sədrinin bildirdiyinə görə, səsvermə zamanı hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb. Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan ümumxalq səsverməsi 99 faiz seçici fəallığı ilə başa çatıb. Baş konsulluqda yaradılan seçki məntəqəsi üzrə adları seçici siyahısına daxil edilmiş 197 seçicidən 196-sı səsvermədə iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org