DTX-dan qizil emeliyyati: Memurlar hebs edildi

15:54 – xeber – Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib.
 
Rayon sakinlərindən Aznyus.az-a verilən məlumata görə, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.
 
Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslərbu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub.
 
Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.
 
Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.
 
Son məlumatlara görə, Goranboy rayon İcra başçısının müdaxiləsindən sonra F.Əliyev sərbəst buraxılıb.
 
Rayon İcra Hakimiyyəti məsələylə bağlı məlumatsız olduqlarını, başçının qızıl qalmaqalında adı hallanan Fuad Əliyev adlı köməkçisinin isə bir neçə gündür işə gəlmədiyini bildiriblər.
 
Fuad Əliyev məsələylə bağlı verdiyi açıqlamasında bildirib ki, xəstə olduğu üçün işə çıxmır:
 
“Mən bir neçə gündür ki, xəstəyəm. Ona görə işə getmirəm. Belə bir əməliyyatdan xəbərsizəm”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org