"DTX butun vezifeleri yerine yetire biler"

– xeber – “Həyata keçirilən islahatlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlət təhlükəsizliyi məktəbinin ənənələrini yaşatmağa, bu ənənələri yeni dövrün tələblərinə və milli dövlətçilik prinsiplərinə uyğun şəkildə daha da zənginləşdirməyə imkan verəcək. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlət və cəmiyyət qarşısında cavabdehliyini və məsuliyyətini dərk edir və bu sahədə üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə şərəflə yerinə yetirmək əzmindədir”.

 

Report xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev özünün “Azərbaycanda dövlət təhlükəsizliyinin təmin olunması Ulu Öndər Heydər Əliyev ənənələrinə əsaslanır” adlı məqaləsində qeyd edib.

 

H.Əliyevin doğum gününə həsr edilmiş məqalədə M.Quliyev yazır: “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində Heydər Əliyevin əks-kəşfiyyat sahəsindəki peşəkarlığını əyani olaraq təsdiqləyən çoxsaylı sənədlər saxlanılır. Vaxtilə xarici xüsusi xidmət orqanlarının respublikamızda planlaşdırdığı və həyata keçirməyə çalışdığı kəşfiyyat-pozuculuq tədbirlərinin qarşısının alınması, agentura və casusluq fəaliyyətinin aşkar edilməsi məqsədilə onun iştirakı və rəhbərliyi ilə bır sıra uğurlu və mükəmməl əməliyyatlar həyata keçirilib, bu əməliyyatlarda əldə edilən təcrübə SSRİ-nin digər təhlükəsizlik orqanlarında öyrənilib və geniş tətbiq edilib”.

 

M.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri layiqincə davam etdirir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org