DSMF rehberi BVF missiyasi ile gorusdu

18:30 – xeber – Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan missiyası ilə görüş keçirilib.
 
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, Cənab Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin perspektiv inkişaf hədəfləri müzakirə olunub. Görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.
 
Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb,  Azərbaycanda yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi təyin olunub, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəldilib. İqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb. Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatıb.
 
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Mohammed El Qorçi  Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək, ölkəmizdə bütün sosial proqramların uğurla icra olunmasından məmnunluğunu bildirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.
 
Görüşdə həmçinin missiyanın sualları cavablandırılıb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org