Dovlet Komitesinden ssenaristler ucun musabiqe

12:05 – xeber – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsinə başlayıb.
 
Komitədən Axar.az-a verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN FM Radio ilə birgə əməkdaşlıq çərçivəsində sentyabrın 26-dan oktyabrın 30-dək audio sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsi keçirəcək.
 
Bu müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərinin bir hissəsidir.
 
Müsabiqənin keçirilməsində məqsəd müvafiq sahədə problemlərin həlli istiqamətində maarifləndirmə işinin aparılmasına dəstək olmaqdır.
 
Müsabiqədə hər kəs iştirak edə bilər. Müsabiqəyə uşaq baxımsızlığı, ailədaxili və məişət zorakılığının ailənin psixoloji vəziyyətinə təsiri, insan alveri hallarının yaratdığı fəsadlar, sağlam həyat tərzi, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, qan qohumluğunun, erkən nikahın yaratdığı fəsadlar, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, ailədaxili münasibətlərin uşaqların təhsilinə, davranışına, psixoloji durumuna təsiri, valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsi mövzuları üzrə ssenarilər təqdim edilə bilər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org