Dovlet Komitesinde italiyanlarla gorus

21:02 – xeber – Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.
 
Axar.az Komitəyə istinadən xəbər verir ki, mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.
 
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun, İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədovanın iştirak etdiyi görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə danışılıb.
 
Layihənin yerli koordinatoru Alessandro Biançi Azərbaycanın tolerant mühitini yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu söyləyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org