Dord olke lideri İlham Eliyeve mektub gonderdi

19:57 – xeber – 18:44
 
Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Zati-aliləri.
 
Milli bayramınız – Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulamaqdan şərəf duyuram.
 
Bu il martın 11-də Bakıda Zati-alinizlə görüşümüzü məmnunluqla xatırlayıram. Həmin görüşdə ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, onları daha da möhkəmləndirmək niyyətimizi vurğulamışdıq. Əminəm ki, Sizin Albaniyaya səfəriniz ikitərəfli əlaqələrimizdə yeni, daha əlamətdar bir mərhələnin əsasını qoyacaq.
 
Fürsətdən istifadə edərək, Azərbaycanın və şəxsən Sizin energetika sektorunda, eləcə də TAP boru kəməri layihəsində Albaniyaya göstərdiyiniz dəyərli dəstəyə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
 
Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin", – təbrikdə deyilir.
 
***
 
Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjo Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
 
"Zati-aliləri.
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
 
Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının əbədi tərəqqisi üçün ən xoş arzularımı bildirirəm.
 
Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin",  təbrikdə deyilir.
 
19:57
 
Sloveniya Respublikasının Prezidenti Borut Pahor, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susa da həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org