Donus noqtesi: İrevan Bakini buna inandirarsa…

09:00 – xeber – Hazırda Rusiya prezidentinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də iyun görüşündə dönüş baş verə bilər. 
 
Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü Qarabağ prosesinə müəyyən mənada aydınlıq gətirəcək:
 
“Ermənistan tərəfi bu görüşdə birmənalı şəkildə problemlə bağlı öz yanaşmasını aydın ifadə etməlidir. İrəvan son zamanlar atəşkəs rejiminin güclənməsini, qarşılıqlı əminlik mexanizmlərinin işlənməsini və baş verən insidentlərin təhqiqatını vacib sayır. Əlbəttə, bu məsələlər taktiki baxımdan önəmli ola bilər, ancaq strateji baxımdan əsas məqsədə qulluq etməlidir. Söhbət böyük sülh sazişindən gedir. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Əgər bu baş verərsə, onda Sərkisyan və onun komandasının vurğuladığı həmin məqamlar aktuallığını itirəcək. İrəvan qəsdən ikinci, üçüncü dərəcəli məqamları xüsusilə qabardır ki, danışıqlar prosesi uzansın. İnanmıram ki, Azərbaycan Ermənistanın bu taktiki gedişlərinə göz yumsun. Hazırda Putinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də gözlənilən görüşdə dönüş baş verə bilər. Münaqişənin gedişatında hansı mexanizmlər üzərində dayanılmaq və işğalçı tərəfin bu şəraitdə nə etməli olduğuna dair qərar qəbul oluna bilər. Əgər bu baş tutarsa və Ermənistan prezidenti Azərbaycan tərəfini inandıra bilərsə, o zaman dönüş baş verə bilər”.
 
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org