Donbasda olen musahideci amerikali cixdi –


[r32]
– xeber –
14:52
Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobil partladılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə separatçı Luqansk Xalq Respublikasından məlumat verilib.
“ATƏT-in müşahidəçilərinin içində olduğu avtomobil naməlum şəxslər tərəfindən basdırılmış minaya düşüb. Partlayış nəticəsində 1 ATƏT müşahidəçisi yaralanıb, digəri isə həlak olub”, – məlumatda bildirilib.
Separatçılar minanın Ukrayna hərbçiləri tərəfindən təxribat məqsədilə basdırıldığını iddia edib.
Ukrayna hökuməti və ATƏT məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
***
21:14
ATƏT-in Ukrayna üzrə xüsusi missiyasına məxsus avtomobilin minaya düşməsi nəticəsində İngiltərə vətəndaşı həlak olub, alman qadın isə yaralanıb.
Bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko mətbuata açıqlamasında deyib.
“Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobilin minaya düşməsi nəticəsində Cozef Stoun adlı İngiltərə vətəndaşı ölüb. İva Glein adlı Almaniya vətəndaşı isə yaralanıb. Gleinin müalicəsi davam edir”, – DİN rəsmisi bildirib.
***
Ukraynanın Donbas bölgəsində ATƏT-a məxsus avtomobildə meydana gələn partlayışda ölən şəxs səhiyyə ocağında çalışan ABŞ vətəndaşıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
ATƏT-ın Ukrayna üzrə xüsusi missiyasının rəhbəri Aleksander Huq da bu faktı təsdiqləyib:
“Almaniya və Çexiya vətəndaşları olan 2 müşahidəçi də Luqanskda xəstəxanaya çatdırlıb”.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi ölən şəxsin Cozef Stoun adlı İngiltərə vətəndaşı olduğunu iddia etmişdi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org