4 İyun 2016 13:06 – xeber –
Türkiyə mediası tanınmış türk müğənni Doğuş və onunla ailə həyatı quran azərbaycanlı telejurnalist, aparıcı Xoşqədəm Hidayətqızıdan geniş reportaj hazırlayıb.
Olkem.az publika.az-a istinadən xəbər verir ki, uşaqlığı küçələrdə və kimsəsizlər evində keçmiş Doğuş əkiz övladları olduğu üçün böyük sevinc hissi keçirdiyini söyləyib.
Doğuş "Sabah" qəzetinin müxbirinə müsahibəsində deyib ki, atalıq hissi dünyada ən gözəl hisslərdən biridir: "Körpələri ilk dəfə əlimə aldığımda yaşadığım sevinc və həyəcan o qədər böyük idi ki, bunu heç kəs təsəvvür edə bilməz. Ata olmaq fərqli bir hissdir. Artıq həyatımızı bu körpələrin üzərində qururuq. Bilirsiniz ki, mənim uşaqlığım çox çətinliklərlə keçib. Ona görə də nədənsə ata olmağı istəmirdim. Ancaq Xoşqədəm Hidayətqızı ilə evlənməyimiz həyatımı tam dəyişdi. Hətta indi 2 uşağın az olduğunu düşünürəm. İstəyirəm ki, 4-5 uşağımız olsun".
O, əkizlərinin gələcəkdə Arda Turan kimi tanınmış futbolçu olmasını istədiyini söyləyib: "Körpələri hər gün həsrətlə qucaqlayıram. Asan məsələ deyil, mən bu anı 42 ildir gözləyirdim".
Doğuş Azərbaycanı da çox sevdiyini deyib: "Mən bakılıyam, özümü 60 faiz Bakıdan olan kimi görürəm. Əkizlər də, xanıma qalsaydı, Bakıda doğulacaqdı. Amma mən icazə vermədim. Çünki mənim üçün Türkiyə pasportu da çox dəyərlidir. Körpələr bunun qiymətini yaşa dolduqca yaxşı anlayacaqlar".
Xoşqədəm Hidayətqızı isə əkizlərindən birinin tanınmış futbolçu, digərinin isə siyasətçi olmasını istədiyini bildirib: "Əgər bu arzularım gerçək olarsa, gedib oğlumun oyununu əlimdə Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, stadiondan izləyəcəm".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.