DMX reisi BMT-de mecburi kockunlerden danisdi

18:36 – xeber – Nyu-Yorkda BMT Baş Məclisinin “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü keçirilib.
 
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev tədbirdə çıxış edərək ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, F.Nəbiyev çıxışında son illər dünyada münaqişə və böhran zonalarının coğrafiyasının genişlənməsinin həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardığını diqqətə çatdırıb. Qeyd edib ki, münaqişələr və zorakılıqlar nəticəsində bu gün dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə məruz qalıb. Beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır. Qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı kimi mötəbər qurumlar və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.
 
F.Nəbiyev bildirib ki, hazırda dünyada artıq ümumi sayı rekord həddə – 41 milyona çatmış məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir. Yaranmış acınacaqlı şərait artıq Daxili Köçürülmə üzrə Rəhbər Prinsiplər əsasında universal məcburi sənədin hazırlanması məsələsinin ciddi surətdə nəzərdən keçirilməsini şərtləndirir. Bu kontekstdə Azərbaycan Afrika İttifaqı tərəfindən məcburi köçürülmə ilə bağlı məcburi səciyyə daşıyan ilk sənəd olan “Afrikada ölkə daxilində köçürülmüş şəxslərin müdafiəsi və onlara yardım üzrə Konvensiya”nın qəbul edilməsini alqışlayır. Biz, eyni zamanda, BMT Baş katibinin Bəşəriyyət üçün Gündəliyində 2030-cu ilədək məcburi köçürülmənin ən azı 50 faizə qədər azaldılması ilə bağlı müəyyənləşdirilmiş iddialı məqsədə nail olunacağına ümid edirik.
 
Xidmət rəisi vurğulayıb ki, Azərbaycanın məcburi köçkün məsələsinə verdiyi önəm və həssaslığının səbəbləri tam aydındır. Ermənistan tərəfindən ərazisinin işğalına görə ölkəmiz genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib. Hazırda 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. İyirmi beş ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq özünün işğalçılıq siyasətini, status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurdlarına qayıdışını əngəlləyir. Bundan başqa, təəssüflə qeyd etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq humanitar hüququn, ilk növbədə, 1949-cu il dördüncü Cenevrə Konvensiyasının və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır.
 
F.Nəbiyev qeyd edib ki, Azərbaycan doğma yerlərindən qovulmuş məcburi köçkünlərin bütün problemlərini öz üzərinə götürüb. Azərbaycan hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən dövrdə Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlәr üçün yüzə yaxın müasir qəsəbə salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.
 
Sonda Xidmət rəisi məcburi köçkünlərin müdafiəsi, məcburi köçürülmə vəziyyətlərinin meydana çıxmasının qarşısının alınması və bu kimi halların azaldılmasına yönəlmiş strategiyaların nəzərdən keçirilməsinin vacibliyi ideyasını özündə ehtiva etməklə qəbul olunmuş siyasi bəyannamənin bu kövrək təbəqə üçün güclü müdafiə çərçivəsinin hazırlanması səylərinə qlobal miqyasda böyük bir təkan verəcəyinə inam ifadə edib. F.Nəbiyev Azərbaycanın bu işə öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org