“Diskoveri Azerbaijan” jurnalinda Şeki… – Foto

20:18 – xeber – “Diskoveri Azerbaijan” jurnalının oktyabr nömrəsi Şərqin “İpək qalası” Şəkiyə həsr olunub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, jurnalın bu nömrəsində oxucular Şəkinin tarixi məkanlarına səyahət edəcək, şəhərin görməli yerlərinə baş çəkəcək, məşhur Şəki halvası ilə ağızlarını şirin edəcək, müxtəlif sənətkarların “mətbəxinə” qonaq olacaqlar. Vətəni Şəki olan təkəlduz sənətini isə incəliyinədək öyrənəcəklər.
 
Bu nömrədə məclisdən olan qonaq “Diskoveri Azerbaijan” jurnalının təsisçisi və baş redaktoru, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
 
Şəki sənətin və sənətkarların beşiyidir. Nəşrin payız buraxılışında Şəkinin ruhunu sənətində, gülüşündə, oynadığı obrazlarda daşıyan nikbin, şən təbiətli aktyor Lütfəli Abdullayevin həyat hekayəsini öyrənə bilərsiniz. Jurnalın səhifələrində Azərbaycan kino sənətinə əvəzsiz töhfələr vermiş dahi şəkili rejissor Rasim Ocaqovla operator Kənan Məmmədovun birgə imza atdıqları, kinomuzun “Otel otağı”na yollanacaq, filmin çəkildiyi yerləri illər sonra yenidən kəşf edəcəksiniz.
 
Alpaqut Federasiyasının prezidenti, əsl türk Aqil Acalovun atlarla bağlı maraqlı söhbətinə qulaq vermək və bu idman növünün tarixini bilmək üçün jurnalı vərəqləməyiniz kifayətdir.
 
Jurnalın xüsusi müxbiri Aidə Eyvazlının təqdimatında “Şərqin Roması” Səmərqənddə qonaq olmaqdan da zövq alacaqsınız. Üzdə olan istedadlı gəncimizin – xanımlığı ilə, gördüyü işlərlə və təbii ki, daşıdığı Bədəlbəyli soyadı ilə öndə olan Zəhra xanımın da dünyasına qonaq olacaqsınız.
 
Dərginin oktyabr nömrəsində Türk Hava Yolları Bakı ofisinin direktoru Seyfullah İlyasla da söhbəti oxuyacaqsınız. Jurnalın bu sayında həm də Türkiyə mətbəxinin ləziz nemətlərindən dadacaq, yolu İstanbuldan keçən “Oskar”lı filmlərin siyahısı ilə tanış olacaqsınız.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org