Direktor kecmis iscisinin hebsinden danisdi


[r32]
– xeber –
Bir neçə gün əvvəl AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.
Zaman-zaman mətbuatda fəlsəfə institutunun direktoru İlham Məmmədzadə və Xaliq Əhmədzadə arasındakı qalmqallarla bağlı yazılar dərc edilirdi. Qeyd edilirdi ki, institutda iki hakimiyyətlilikdir, idarəçilik tamamilə iflic vəziyyətindədir, kadrlar düzgün yerləşdirilmir, xəfiyyə sistemi yaradılıb və buna hüquqşünas Xaliq Əhmədzadə rəhbərlik edir.
Məsələ ilə bağlı AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Modern.az-a açıqlamasında bildirib ki, Xaliq Əhmədzadə institutda heç zaman şöbə müdiri olmayıb:
“Əvvəlcə qeyd etməliyəm ki, Xaliq Əhmədzadə yanvar ayından etibarən bizim institutda işləmir. Həmin vaxt Fəlsəfə və Hüquq İnstitunun yerinə iki institut formalaşdırmağı düşünürdük. Biri fəlsəfə, digəri hüquq ilə məşğul olacaqdı. Xaliq Əhmədzadə hüquqşünas olduğu üçün ona təklif edildi ki, institutlar arasında seçim etsin. O, təklifi rədd etdi və faktiki olaraq işdən azad olundu. Eyni zamanda Xaliq Əhmədzadə heç zaman şöbə müdiri olmayıb”.
İ.Məmmədzadə qeyd edib ki, Xaliq Əhmədzadənin həbs qərarını gözləmirdi:
“Bilirsiniz, Xaliq Əhmədzadə ilə mətbuatda yayımlanan qalmaqalda uydurmalar daha çox idi, nəinki reallığı əks etdirən xəbərlər. Əvvəllər Xaliq Əhmədzadə çox fəal idi, elmi işlə məşğul olurdu. Amma doktorluq işinə hələ hazır deyildi. Xasiyyətcə zəif tərəfləri mövcud idi. Özündən tez çıxırdı. Bəlkə də tolerantlığı, dözümlülüyü az idi. İnsanlarla o qədər də yaxşı rəftar etmirdi. Həbs səbəbi ilə bağlı dəqiq məlumatım yoxdur. Çünki bu şəxs 8 aydır institutda işləmir. Düzdür, əvvəllər instituta gəlib işini bərpa etmək istəyirdi. Bunlara baxmayaraq Xaliq Əhmədzadənin həbs qərarını gözləmirdim”.
Qeyd edək ki, AMEA-nın keçmiş əməkdaşı Xaliq Əhmədzadə dələduzluqda ittiham olunur və onun barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org