Diqqet: Sabah merkezi kuceler baglanacaq

16:00 – xeber – Mayın 10-da Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
 
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar, Fəxri xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək: “Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşviq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”.
 
V.Əsədov bildirib ki, sabah səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: “Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org