Diqqet: Bu prospektde hereket deyisir – Video

10:16 – xeber – Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir.
 
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin prospektdən saga, Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq.
 
Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək sağa doğru maneəsiz hərəkətlərini davam etdirə biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.
 
Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.  Avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsinə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsinə kəsişməyə doğru (“Azadlıq” metrostansiyası) hərəkətinə qadağa qoyularaq, yan yola yönəldiləcək. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.
 
Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə (6-cı mkrn. istiqaməti) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənəcək.
 
Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.
 
Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.
 
Azəravtoyol ASC tərəfindən edilən dəyişikliklər prospektin sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir edəcəyi gözlənilir.  

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org