Diqqet: bu adla saxta derman var – Video


[r32]
– xeber –
Sosial şəbəkələrdə “Essensial forte” dərman vasitələrinin kapsullarının içərisinin boş olduğuna dair video yayılıb. Dərman kapsullarının boş olması zaman-zaman gündəmə gəlir və əhalinin narahatlığına səbəb olur.
Məsələ ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Səhiyyə Nazirliyinin keyfiyyət parametrlərini yoxlamaqla məşğul olan xüsusi qurumu var:
“Saxta dərman preparatlarının yoxlanması bilavasitə həmin quruma aiddir. Əslində, kapsul dərman əlavəsidir. Bunlar dərmanı qorumaq üçün olan vasitədir. Kapsul elə maddələrdən istehsal olunur ki, mədədə həzm oluna bilsin. Bəzi kapsullar onikibarmaq bağırsaqda həzm olunur. Kapsulun təyinatı dərman vasitəsinin həzm üzərindən ötürülməsini təmin etməkdir. Bir kapsulun boş olması məhsulu istehsal edən firmanın deffekti ola bilər. Bir neçə kapsul və ya ümumiyyətlə, bir neçə qutu dərman boşdursa, bu artıq ciddi problemdir və mütləq şəkildə araşdırılmalıdır. Bu dərmanların istehsalı prosesi adətən robotlar vasitəsilə həyata keçirilir. Buna görə də kapsulların boş olması və digər səhvlərə yol verilməsi ehtimalı çox aşağıdır”.
Ekspertin sözlərinə görə, saxta kapsullar faydasızdır və insan səhhətində fəsadlar yarada bilər:
“Essensial forte” geniş istifadə olunan dərmanlardan biridir. Ola bilər ki, həmin dərman geniş yayıldığına görə onun saxta variantları da qanunsuz şəkildə istehsal olunsun.
Bu kapsulların boş olması onu göstərir ki, həmin dərman saxtadır. Saxta kapsulların istehsalı zamanı tərkibində istifadə edilən maddələrdən asılı olaraq, insan sağlamlığına müxtəlif zərərli təsirlər göstərə bilər”.
Qeyd edək ki, bir çox səhiyyə işçisi Hindistan, Pakistan kimi ölkələrdən saxta dərman mallarının idxal olunduğunu və Avropa məhsulu adı ilə əhaliyə satıldığını iddia edir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org