Din Qui: "Azerbaycanin desteyi hemise…" – Foto

– xeber – Vyetnamın paytaxtı Hanoyda Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunan rəsmi qəbul keçirilib.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Vyetnamın dövlət və hökumət rəsmilərinin, Kommunist Partiyasının rəhbər şəxslərinin, diplomatların, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlarının və jurnalistlərin iştirak etdikləri tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, onun dövlətçilik ənənələrindən söz açan səfir Anar İmanov müsəlman şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda təsis edildiyini, ölkəmizdə qadınlara səsvermə hüququnun bir sıra Avropa dövlətlərindən əvvəl verildiyini diqqətə çatdırıb. O, qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazanmasına baxmayaraq, 1920-ci ilin aprelində müstəqilliyin Azərbaycan xalqının əlindən alındığını bildirib.

 

Səfir 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətindən danışıb. Diplomat ölkəmizin qazandığı nailiyyətlər, Azərbaycanın liderliyi ilə həyata keçirilən böyük enerji və infrastruktur layihələri barədə məlumat verib.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı barədə danışan səfir BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə indiyədək məhəl qoyulmadığını diqqətə çatdırıb.

 

Azərbaycan-Vyetnam münasibətlərindən söz açan səfir A.İmanov bu münasibətlərin təməlinin hələ Sovet İttifaqı dövründə qoyulduğunu, 1970-80-ci illərdə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə ali təhsil aldığını, Azərbaycan mütəxəssislərinin Vyetnamın müharibədən sonra inkişafında, xüsusilə də enerji sahəsində müstəsna rol oynadıqlarını bildirib.

 

Diplomat müasir dövrdə ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edərək dövlət başçılarının qarşılıqlı səfərlərinin bu istiqamətdə önəmini qeyd edib, habelə iki ölkənin hakim partiyaları və parlamentləri arasında sıx əməkdaşlığın mövcud olduğunu söyləyib.

 

Vyetnam xarici işlər nazirinin müavini Danq Din Qui bayram münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edib. O, Vyetnam hökumətinin Azərbaycanın sosial-iqtisadi inkişafını yüksək qiymətləndirdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin yeni nailiyyətlər qazanacağına, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirəcəyinə inandığını bildirib.

 

Nazir müavini ölkələrimiz arasında dostluq münasibətlərinin təməlinin Vyetnamın keçmiş Prezidenti Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycanın Vyetnam xalqının azadlıq və birlik uğrunda mübarizəsinə, həmçinin milli inkişafına verdiyi dəstəyin ölkəsində həmişə minnətdarlıq hissi ilə xatırlandığını deyib.

 

O, Azərbaycan ali təhsil ocaqlarında təhsil almış vyetnamlı tələbələrin vətənə döndükdən sonra ölkənin inkişafına böyük töhfələr verdiyini xüsusi qeyd edib.

 

Danq Din Qui Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, bunun isə öz növbəsində hər iki ölkənin rifahına, yerləşdikləri regionlarda və dünyada sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Mərasimdə Azərbaycanın tarixi, mədəniyyəti, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, habelə ölkəmizin multikulturalizm ənənələrini əks etdirən film nümayiş etdirilib, milli mətbəximizin nümunələrindən ibarət ziyafət təşkil edilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org