DİN mulki polis axtarir – İse qebul


[r32]
– xeber –
Daxili İşlər Nazirliyi Bakı Metropolitenində Polis Şöbəsində çalışacaq mülki işçi axtarır.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, bununla bağlı DİN Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən oğlanlar iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara da DİN mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org