DİN-den neftcini olduren sexsle bagli aciqlama


[r32]
– xeber –
Neft Daşlarında neftçi yoldaşını öldürməkdə şübhəli bilinən Anar Əsgərov tutulub.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılıb.
Dekabrın 12-də Neft Daşları platformasında yerləşən yataqxananın otaqlarının birindən neftçi Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov hadisədən sonra qaçıb gizlənib. Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən A.Əsgərov saxlanılıb.
Faktla bağlı artıq araşdırma aparılır.
Qeyd edək ki, dünən saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org