Dikinson: “Bu bas verse, Putin devrilecek”


[r32]
– xeber –
Rusiyanın Ukraynada başlatdığı müharibə onun iqtisadiyyatını məhv etdi, Moskvanı beynəlxalq arenadan təcrid etdi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər analitik Piter Dikinsonun “Atlantik Şurası” mərkəzinin saytında dərc olunan məqaləsində yer alıb. O, Ukrayna müharibəsi ucbatından Rusiyanın Qərblə münaqişədə olduğunu və burada qalib gəlmək şanslarının az olduğunu bildirib:
“Rusiya Prezidenti Vladimir Putinin inadı ilkin baxışda istənilən məntiqə zidd kimi görünür. Rusiyanın Ukraynanı tez bir zamanda parçalamaq cəhdi uğursuz alındı. Rusiyaya qarşı sanksiyalar hələ də qalır, Ukrayna isə bütün siyasi xaos və korrupsiyaya rəğmən, Rusiyaya qarşı müqavimətdə daha möhkəm oldu. Qərbin mövqeyinin zəiflədilməməsi müharibənin diplomatik yolla başa çatdırılması üçün münbit şərait yaratmalı idi. Lakin Donbasdakı situasiya tamam başqa istiqmətdə hərəkət edir. Görünür, artıq dondurulmuş konflikt indi daha real görünür. Bu, Rusiya və Qərbi uzunmüddətli münaqişədə saxlayacaq, Ukrayna isə onların arasında sıxışdırılacaq. Əslində, Putinin manevr üçün daha az imkanı qalıb. Üstəlik, görünür, sadə rusiyalılar da son üç ilin gətirdiyi çətinliklərlə artıq barışıblar. Bu isə şovinizmin mütəmadi inyeksiyası sayəsində mümkün olub. Krımın anneksiyasından sonra meydana gələn eyforiyanın solmasının ilkin işartıları görünməyə başlayıb. Minsk razılaşmasının tələbləri çərçivəsində Ukraynanın şərqində genişmiqyaslı geri çəkilmə millətçi alovlanmasına səbəb ola bilər ki, bu da rejimin devrilməsinə gətirib çıxaracaq. Putinin Ukraynada kompromisə getməməsi başlanğıcını onun 1991-ci ildən sonra yaranan status-kvonu tanımamasından götürür. Putin demokratik dünyanın güclü müqaviməti ilə qarşılaşmayana qədər savaşacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org