Diasporumuz ermeni lobbisini iflic edib – Deputat

18:30 – xeber – Azərbaycan diasporu qısa müddətdə erməni lobbisinin fəaliyyətini tamamilə iflic edib.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
 
Erməni lobbisinin dünyada 100 ildən artıqdır ki fəaliyyət göstərdiyini bildirən S.Novruzov əlavə edib ki, Azərbaycan diasporu Türkiyə diasporu ilə birlikdə fəaliyyət göstərir. Hər iki ölkənin diasporlarının birgə fəaliyyəti bundan sonra da davam etdirilməlidir və qarşıya qoyulan vəzifələr də yerinə yetirilməlidir: "Bütün Azərbaycanlılarının bir vətəni var. O da müstəqil Azərbaycandır. Bu dövlətin qorunması, möhkəmlənməsi hər bir azərbaycanlının, hər bir türkin borcudur ki, bunun müdafiə olunması üçün addımlar atsınlar".
 
Dünya Azərbaycanlarının IV Qurultayında Prezident İlham Əliyevin Azərbaycan diasporlarının fəaliyyətinə qiymət verərək gələcək üçün də fəaliyyət istiqamətlərini müəyyən etdiyini deyən S.Novruzovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan diasporunu formalaşdırdı və Diasporla İş üzrə Dövlət Komitəsi yaradaraq ona geniş səlahiyyətlər də verdi.
 
Deputat qeyd edib ki, Ermənistan rəsmiləri cinayətkar hakimiyyətlərini qoruyub saxlamaq üçün yalanlar söyləyirlər: "Çünki bunlar hakimiyyətə qan üstündə gəliblər, Qarabağ kartından istifadə edərək hakimiyyətə gəliblər. Yəni bu cür insanlar ancaq yalan və iftira ilə məşğul ola bilərlər. Erməni tərəfi – prezidentindən tutmuş axırıncı vətəndaşına qədər – hər zaman təxribatla məşğul olur. NATO Parlament Assambleyasından qayıdan ermənilərdən biri erməni mətbuatına NATO PA-da baş verən hadisələr barədə deyil, tamamilə ayrı məlumat verib ki, guya Azərbaycan nümayəndə heyəti NATO PA-dan uzaqlaşdırıldı. Tamamilə yalan, iftiradır".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org