"Dialoq Avrasiya”nin rehberi “Gundelik Teleqraf”da – Foto

– xeber – “Dialoq Avrasiya” Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm “Gündəlik Teleqraf” Media Qrupunun qonağı olub.

Publika.az xəbər verir ki, Cəlil Ərdəm “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı ilə görüşdə gələcək fəaliyyət və əməkdaşlıq haqda danışıb.

Bildirib ki, ölkədə aparıcı media orqanlarını özündə birləşdirən “Gündəlik Teleqraf” Media Qrupu 4 illik fəaliyyəti boyunca üzərinə düşən işi layiqincə yerinə yetirən KİV-lərdəndir:

 

“Sizi 4 illik yubileyiniz münasibətilə təbrik edirəm və daha uzunömürlü olmağınızı arzulayıram. Çünki indiki dünya reallığında həm Türkiyədə, həm də Azərbaycanda sosial məsuliyyəti hiss edən media orqanlarına həmişə ehtiyac var”.

“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı qonağa rəhbərlik etdiyi media orqanlarının iş prinsipi və fəaliyyəti haqda məlumat verib.

 

A. Camalqızı bildirib ki, sosial medianın inkişaf etdiyi bir dövrdə informasiyanın dəqiqliyi və obyektivliyi problemi getdikcə böyüyür: “Digər tərəfdən, dövlət və xalqın maraqlarının müdafiəsi, eyni zamanda cəmiyyətin fundamental dəyərlərinin qorunması problemləri meydana çıxır. Bu vəziyyət medianın üzərinə böyük məsuliyyət qoyur. Biz həmişə bu sosial məsuliyyəti hiss edərək işləməyə çalışmışıq”.

Azərbaycan mediasının inkişafı haqda danışan A. Camalqızı KİV-ə dövlət dəstəyinin vacib amil olduğunu bildirib.

“Azərbaycan dövlətinin mediaya qayğısı böyükdür. Medianın inkişafı yüksək səviyyədə dəstəklənir. Məhz bu həssas münasibətə görə son dövrlər Azərbaycan mediası kifayət qədər inkişaf edib”, – deyə o vurğulayıb.

 

Türkiyə və Azərbaycan qardaşlığından danışan C. Ərdəm iki ölkə arasındakı münasibətlərdə medianın rolunu xüsusi qeyd edib. Qonaq “Dialoq Avrasiya” Platformasının Azərbaycanda həyata keçirdiyi layihələr və gələcək planlar haqqında da məlumat verib.

Azərbaycan nümayəndəliyinin rəhbəri yeni layihələrin həyata keçirilməsində “Gündəlik Teleqraf”-a aid olan media orqanları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org