DGK ile Rusiya arasinda raziliq elde olundu

18:36 – xeber – Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.
 
Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org