13:40 – xeber – İngiltərənin nüfuzlu “Deyli Meyl” qəzeti Türkiyədə keçirilən və Azərbaycanın da iştirak etdiyi Efes-2016 beynəlxalq hərbi təlimdən yazıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Şok və dəhşət” başlıqlı məqalədə Efes-2016 barədə ətraflı məlumat verilib.
Qəzet təlimlərin Rusiya və Türkiyə münasibətlərinin gərgin və Yaxın Şərqdə münaqişələrin qızğın olduğu dövrə təsadüf etdiyinə diqqət çəkib.
Xatırladaq ki, təlimlər 8 ölkədən 860 nəfər şəxsi heyətin iştirakı ilə hava, dəniz və quruda keçirilir. Mayın 4-dən iyunun 4-nə kimi davam edəcək təlimləri 79 xarici ölkədən 255 müşahidəçi, 22 ölkədən 192 jurnalist izləyir.