Dersliklerde sagirdlerin qavrama gucu nezere alinmir

16:46 – xeber – Azərbaycanda 5-ci sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis kimi deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır. Dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, küçələrdəki afişalarda bəzi obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir. Bu problemin həlli istiqamətində bəzi rayonların İcra hakimiyyətləri ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır:
 
"Məsələn, "supermarket" sözü bəzən ayrı və ya defislə yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".
 
İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərinin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org