Derideki duyuncuk hansi xesteliyin elametidir?

00:16 – xeber – Bəzi infeksion xəstəliklər dəridə düyüncüklü səpgi verir. Bəzi hallarda isə düyüncüklərə vərəm, sarkoidoz və siflisdə də rast gəlmək olur.
 
Dəri leyşmaniozu
 
Adətən milçəyin dişlədiyi yerdə, üzdə, bilək və baldır nahiyədə düyüncüyün əmələ gəlməsi ilə başlayır.(Xəstəliyin bəzi növlərində düyüncüklərin iltihablaşması da baş verə bilir). Xəstəlik zamanı düyüncüyün ölçüsü 2-3 mm olur və ətrafında iltihab əlamətləri qeyd olunmur. Dəri leşmaniozunda düyüncüklər dəridən hündürə qalxır, lupa ilə baxdıqda mərkəzində pulcuqla örtülmüş çökük görünür. 2-3 ay ərzində düyüncük 5-10 mm-ə qədər böyüyür, boz və qırmızımtıl-sarı rəng alır. 3-6 ay sonra düyüncüyün mərkəzində bozumtul-qəhvəyi qabıq, o qopandan sonra isə xora əmələ gəlir.
 
İmmunitet.az xəbər verir ki, dəri leşmaniozu bəzən böyüyür, nekrozlaşır. Bəzən vərəm mənşəli ola bilir ki, bu zaman xəstəlik 10 ildən çox sürə bilər. Amma bu müddətdə xəstənin əhvalında pozulmalar hiss edilmir.
 
Tuberkuloid tip düyüncük
 
Bu, dərinin müxtəlif nahiyələrində düyüncüklərin əmələ gəlməsi ilə özünü göstərir. Onlar kiçik, yastı, qırmızımtıl-göy olur, birləşərək geniş zədələnmə sahələrinə çevrilə bilirlər. Xəstəlik uzun sürür, zədələnmə yeri və ona yaxın sahələr ağrısız olur, tərləmir, həmin nahiyyənin tükü tökülür, piqmentsizləşir. Zədələnmiş nahiyə, periferik sinirlərin yerləşdiyi nahiyələrdə baş verərsə, trofik və hərəki pozğunluqlar – parez, iflic, atrofiya baş verir.
 
Vərəm yeyilməsi
 
Xəstəliyə ilk dəfə uşaq və gənc yaşlarda rast gəlinir. Adətən üzdə, bəzən ətraflarda və gövdədə, burunun dərisində 2-5 mm ölçüdə düyüncüklərlə müşahidə edilir. Düyüncüklər sarımtıl-qırmızı və qırmızımtıl-çəhrayı rəngdə olur. Şüşə ilə düyüncüyü sıxdıqda rəngini dəyişərək qırmızımtıl-qəhvəyi (alma cemi) rəngini alır.
 
Düyüncüklü siflis

Siflis müalicə olunmadıqda, xəstəliyə yoluxmadan 3-4 il sonra üçüncülü əlamət kimi meydana çıxır. Bu zaman düyüncüklər burunda, alında, ətrafların açıq səthlərində, beldə, selikli qişalarda əmələ gəlir. Siflisli düyücüklər dərinin dərin qatında yerləşir və üzərindəki dəri dəyişmir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org