Deputatin Mehemmed Eliden ustun tutdugu kimdir?

08:45 – xeber – Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev 3 iyunda vəfat edən dünyaca məşhur boksçu Məhəmməd Əli ilə bağlı fikirlərini bölüşüb.
 
Deputat çox gözəl boksçu və humanist insan olan Məhəmməd Əlinin idman üçün heç nə etmədiyini deyib.
 
“1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnir təşkil edilmişdi. Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi. Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı professional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və olimpiya hərəkatı üçün heç nə etməyib”, – A.Əbiyev “Azvision.az”a açıqlamasında bildirib.
 
Bəs A.Əbiyevin Məhəmməd Əlidən üstün tutduğu Co Luis kimdir?
 
Axar.az unudulmuş məşhur idmançı barədə qısa araşdırma aparıb.
 
Co Luis boks tarixinin gəlmiş-keçmiş ən məşhur nümayəndələrindən biridir. Hətta bəzi idman mütəxəssisləri Luisin bu sahədə ən yaxşı olduğunu iddia edir.
 
12 may 1914-cü ildə Alabama ştatının Lafayette şəhərində dünyaya gələn Co Luis peşəkar karyerasına 1934-cü ildə başlayıb. 1937-ci ildə Ceyms Braddoku 8-ci raundda noakut edən boksçu ağır çəkidə dünya çempionu adını qazanıb.
 
Qısa müddət ərzində bütün dünyada tanınan Luis 25 döyüşdə dünya çempionu adını qoruyub saxlayıb. Bu döyüşlərdən 21-i nokautla nəticələnib. Co peşəkar karyerasını 1951-ci ildə 8-ci raundda məğlub olduğu Roki Markiano döyüşü ilə bitirib.
 
Co Luis rinqdə ən az məğlub olan idmançı kimi tarixə düşüb. O, karyerası ərzində 71 dəfə rinqə çıxıb. 54-ü nokaut olmaqla 68 dəfə qalib olan Luis yalnız 3 dəfə məğlub olub.
 
Co Luis Məhəmməd Əlidən fərqli olaraq ABŞ dövlətinin xarici siyasətinə qarşı çıxmayıb. Hətta II Dünya savaşında dövlətin təbliğat alətinə çevrilən Luis ordu üçün 20 dəfə rinqə çıxıb. Bundan başqa, o, qazandığı bütün mükafatları orduya bağışlayıb.
 
Buna baxmayaraq, ABŞ-ın o zamanki rəhbərliyi fədakar boksçunun əməyinə dəyər verməyib. Müharibədən sonra Luis 1,5 milyon dollar məbləğində vergidən yayınmada ittiham olunub. Bu hadisədən sonra tamamilə müflisləşən Co hətta bir müddət gecə barlarında qapı gözətçisi işləyib.
 
Co Luis 1981-ci ildə Las Veqasda 67 yaşında vəfat edib.
 
Məşhur boksçunun 20-ci əsrin birinci yarısında yaşaması, qalmaqallardan uzaq olması onun Məhəmməd Əli və Mayk Taysonla müqayisədə kölgədə qalmağına səbəb olub.
 
Maraqlı faktlar
 
Co Luislə bağlı maraqlı məlumatlar da var. Deyilənə görə, bir gün Luis Nyu Yorkda gəzişirmiş. Bu zaman bir ağdərili ona sataşaraq “zənci” deyib. Bundan sonra Luis yaxınlıqda yerləşən polis şöbəsinə gedərək həmin şəxsdən şikayət edib. Araşdırma zamanı sataşdığı şəxsin Co Luis olduğunu biləndə həmin adamın ürəyi gedib.
 
Deyilənə görə “Böyük” (Great) ləqəbli Məhəmməd Əli Co Luisin cənazə mərasimində “Gerçək “great” Co Luisdir”, – deyib.
 
“Qara bomba” (Brown bomber) ləqəbi ilə rinqə çıxan idmançının məşhur sözləri də az deyil: “Qaça bilərsən, amma gizlənə bilməzsən”, “Hər kəsin bir planı var, zərbə alana qədər” və s.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org